XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

03 Aprel 2017 - 10:24

Türkiyədə naməlum şəxslər polis maşınına bomba atıb

Türkiyənin Mersin vilayətində naməlum şəxslər polis patrul avtomobilinə partlayıcı maddə atıblar.

"Trend"in yerli mətbuata istinadən verdiyi məlumata görə, partlayış nəticəsində iki polis əməkdaşı xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Vilayətdə həmin şəxslərin axtarışı üzrə geniş əməliyyata başlanılıb.