XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

03 Aprel 2017 - 10:34

Əsədin əmisinə məxsus əmlak müsadirə olundu –Məhkəmə qərarı

Fransa məhkəməsi mərhum Suriya prezidenti Hafiz Əsədin sürgün olunmuş qardaşı Rifaat Əsədin əmlakının müsadirə edilməsi barədə qərarı möhkəmləndirib.

Strateq.az "France Presse"ə istinadla xəbər verir ki, qərara qarşı apelyasiya şikayəti rədd edilib.

R.Əsəd mənimsəmə və böyük qardaşı Hafiz Əsədi devirmək cəhdinə görə 1980-ci ildə sürgünə yollanmağa məcbur edilib.

Onun müsadirə olunan mülkiyyət arasında Parisdəki iki dəbdəbəli ev də var.

Fransada Rifaat Əsədin və ailəsinin əmlakı 90 milyon avro dəyərindədir.