XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

03 Aprel 2017 - 12:07

Ekvadorun yeni seçilmiş prezidentinin adı Lenindir  –FOTO

Cənubi Amerika ölkəsi Ekvadorda aprelin 2-də keçirilmiş prezident seçkisini hakim solçu blokunun namizədi Lenin Moreno udub.

Novator.az-ın məlumatına görə, Lenin Moreno 51,07% səslə sağ mərkəzçi qüvvələrin namizədi Gilyermo Lassonu geridə qoyub. Gilyermo Lasso 48,93% səs yığıb.

Dörd il müddətinə seçilən yeni prezident mayın 24-də səlahiyyətlərinin icrasına başlayacaq.

Rusiyada 1917-ci ildə baş vermiş bolşevik inqilabının lideri, sovet imperiyasının qurucusu Vladimir Leninin (Ulyanov) adını daşıyan Lenin Moreno 2007-2013-cü illərdə vitse-prezident postunu tutub.