XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

03 Aprel 2017 - 12:11

Ermənistanda 4 partiya parlamentə keçib –Nəticələr açıqlandı

Ermənistanın Mərkəzi Seçki Komissiyası ötən gün ölkədə keçirilən parlament seçkilərinin nəticələrini açıqlayıb.

"Sputnik" Ermənistan-ın məlumatına görə, MSK 1886 seçki məntəqəsi üzrə nəticələri (93%) elan edib.

MSK-nın katibi Armen Smbatyan bu gün səhər yerli vaxtla saat 9:00-a olan məlumatlara əsasən bildirib ki, seçkinin qalibi 49,21% səslə Ermənistan Respublika Partiyasıdır. Prezident Serj Sarkisyanın partiyasının parlamentdəki əsas rəqibi "Tsarukyan" blokudur. Bu blok səslərin 27,38%-ni toplayıb. "Yelk" bloku 7,72% səslə üçüncü, "Daşnaksütyun" isə 6,59% səslə dördüncü yeri tutub.

"Erməni dirçəlişi" 3,72%, "Ohanyan-Raffi-Oskanyan" bloku 2,08%, "Azad demokratlar" 0,93%, ANK-NPA bloku 1,62%, Kommunist partiyası 0,74% səs toplayıb. Adıçəkilən beş siyasi qüvvə parlamentə düşmək üçün lazım olan — partiyalar üçün 5%, bloklar üçün 7%-lik — baryeri keçə bilməyib. Qeyd edək ki, aprelin 2-də Ermənistanda Konstitusiyaya dəyişikliklərdən sonra ilk dəfə Milli Məclisə seçkilər keçirilib. Ermənistan faktiki olaraq parlament üsul-idarəsinə keçib. Ölkədə seçici fəallığı 60,86% olub.