XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Aprel 2017 - 14:25

Moldova Avrasiya İttifaqı ilə əməkdaşlıq sazişi imzaladı

Azərbaycanla bərabər GUAM üzvü olan rəsmi Kişinyov rusiyameyilli prezidentini seçdikdən sonra vəd etdiyi kimi, Avrasiya İttifaqına inteqrasiya istiqamətində ciddi addım atıb.

Bu gün Moldova paytaxtında Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi Moldova prezidenti İqor Dodon və Avrasiya iqtisadiyyat kollegiyasının sədri Tiqran Sarkisyan imzalayıb.

İmzalanma mərasimi “Avrasiya İqtisadi Birliyi-Moldova Respublikası” beynəlxalq forumu çərçivəsində baş tutub. Tədbirdə qurumun digər rəsmiləri də iştirak edib.”Moldova Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlıqda maraqlıdır, bunu ölkə vətəndaşlarının 50 faizindən çoxu dəstəkləyir”-ölkə prezidenti deyib.

Moldovanın Qərbyönümlü partiyaları isə bu əməkdaşlığın əleyhinə çıxıb.