XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

03 Aprel 2017 - 16:45

Putin:“Metrodakı partlayışla bağlı terror versiyası da araşdırılır”

Rusiya prezidenti Putin FTX ilə metrodakı partlayışı müzakirə edib.

“Partlayışın terror, məişət və kriminal versiya da daxil olma səbəbləri ilə bağlı bütün variantlara baxılır”-deyə Putin bildirib.  

Hüquq –mühaifzə orqanalrıdakı mənbə deyib ki, partlayıcı qurğu əldəqayırmadır və böyük dağıdıcı gücə malik olmayıb.

Xəbər verdiyimiz kimi Sankt-Peterburq metrosunda partlayış olub. İlkin məlumatlara görə, 10 nəfərdən çox adam həlak olub. Hazırda hadisə yerində istintaq qrupu işləyir. Cinayət işi qaldılırb. Metronun 7 stansiyası bağlanıb.

Metro stansiyasında iki partlayış olub. Birinci partlayış “Texnologiya institutu” stansiyasında, ikincisi “Sennaya ploşad” stansiyasında baş verib.