XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

03 Aprel 2017 - 18:14

ABŞ Federal Təhqiqatlar Bürosunda Rusiya ilə bağlıxüsusi şöbə yaradılır

Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə müdaxiləsini araşdırmaq üçün Federal Təhqiqatlar Bürosunun nəzdində xüsusi şöbə yaradılır.

Strateq.az xəbər verir ki, bu barədə "Financial Times" özəl mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, yeni şöbənin bir hədəfi də Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Kominin iş üzrə bütün məlumatlara çıxış imkanını təmin etməkdir.

Adətən Büro araşdırmalarını özünün 56 ofisindən birində aparsa da, bu dəfə mərkəzləşdirilmiş şöbəyə zərurət yaranıb.

Vaşinqtonda yerləşəcək şöbə gələn aydan fəaliyyətə başlayacaq.

Şöbəyə əks-kəşfiyyat üzrə mütüxəssis rəhbərlik edəcək və o,  hər həftə Ceyms Komiyə, hər gün isə Kominin müavini Endryu Makkeybə hesabat verəcək.

Qurumda ayrı-ayrı ölkələr üzrə ümumilikdə 20 xəfiyyə çalışacaq.