XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

03 Aprel 2017 - 19:57

Metroda partlayış törədən terrorçu müşahidə kameralarına düşdü –FOTO

Sankt-Peterburq metrosunun müşahidə kameraları partlayışın ehtimal edilən təşkilatçısını qeydə alıb.

Bu barədə “İnterfaks”ın araşdırmanın gedişi ilə tanış olan mənbəyi məlumat verib.

İlkin məlumatlara görə, dağıdıcı elementlərlə doldurulmuş partlayıcı qurğu qatarın vaqonuna portfeldə qoyulub.

Bomba qatar “Texnologiya institutu” stansiyasının platformasında dayanarkən partlayıb.

Xatırladaq ki, son məlumata görə, partlayış nəticəsində 10 nəfər ölüb, 47 nəfər yaralanıb.

Rusiya Milli Antiterror Komitəsi (MAK) bildirib ki, daha bir partlayıcı qurğu "Üsyançılar meydanı” stansiyasında aşkar edilib. Bomba zərərsizləşdirilib.