XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Aprel 2017 - 10:05

Gürcüstan Prezidenti deputatlar qarşısındahesabat verəcək

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili aprelin 7-də parlamentdə illik hesabatla çıxış edəcək.

Bunu jurnalistlərə prezidentin mətbuat katibi Eka Mişveladze bəyan edib.

O deyib ki, dövlət başçısı çıxışı zamanı ilk növbədə cəmiyyəti narahat edən, maraqlandıran ən vacib məsələlərdən danışacaq. İqtisadi və sosial məsələlərlə bağlı daxili və xarici çağırışlar, məhkəmə və hüquq, müdafiə, təhlükəsizlik, KİV-in müstəqilliyi və insan hüquqları da diqqət mərkəzində olacaq.

Sonra debatlar olacaq, prezident deputatların qaldıracaqları məsələlərə də aydınlıq gətirəcək(azərtac).