Pakistanın Laxor şəhərində törədilən terror aktına görə məsuliyyəti “Taliban” radikal hərəkatı öz üzərinə götürüb.
Xüsusi xidmət orqanlarının məlumatına görə, terrorçu-kamikadze motosikldə hadisə yerinə gəlib və özünü partladıb.
Hərbçilərin hədəf alındığı hücum nəticəsində azı 6 nəfər həlak olub. Onlardan ikisi mülki vətəndaşdır. Yaralananların çoxunun vəziyyəti ağırdır(azərtac).