XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Aprel 2017 - 12:05

ABŞ-da neft ehtiyatlarının həcminin azalması fonunda“Brent” bahalaşır

Amerika Neft İnstitutu (API) tərəfindən ABŞ-da neft ehtiyatlarının həcminə dair açıqlanan rəqəmlər fonunda “Brent” markalı xam neftin bir barrelinin qiyməti bahalaşmaqda davam edir.

Azərtac xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 54,55 dollara, “Layt” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 51,42 dollara alıcı axtarır.

API-yə görə, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində rekord səviyyədə – 1,83 milyon barrel azalıb. Lakin neft ehtiyatlarının həcminə dair rəsmi rəqəmlər bu gün ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

Analitiklər isə “Brent” neftinin qiymətinin 54,60-55 dollara arasında dəyişəcəyini düşünürlər.