XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

05 Aprel 2017 - 13:10

Moskvada keçiriləcək təhlükəsizlik konfransına78 ölkə qatılacaq

78 ölkənin nümayəndəsi Moskva Təhlükəsizlik Konfransında iştirak etmək barədə razılıq verib. Onlar arasında 20-dən çox müdafiə naziri də var.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə nazirinin müavini, general-leytenant Aleksandr Fomin brifinqdə bildirib.

Konfrans aprelin 26-27-də keçiriləcək. Orada geniş spektrli məsələlər, o cümlədən terrorla mübarizə məsələsi müzakirə olunacaq.

Onun sözlərinə görə, konfransda beynəlxalq təşkilatların rəhbərlərinin çıxışı planlaşdırılır. Artıq ATƏT və ŞƏT-in baş katibi, MDB-nin icraçı katibi, BMT və Ərəb Dövlətləri Liqasının baş katiblərinin müavinləri, Beynəlxalq Qızıl Xaç Komitəsinin vitse-prezidenti iştiraklarını təsdiq ediblər.