XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Aprel 2017 - 13:54

Peterburq metrosundakı partlayışda yaralanan6 nəfərin vəziyyəti ağırdır

Sankt-Peterburq metrosunda partlayış zamanı yaralananlardan 6-nın vəziyyəti son dərəcə ağır olaraq qalır. Daha 4 yaralı ağır vəziyyətdədir.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə aprelin 5-də şəhər qubernatorunun müavini Anna Mityanina Twitter səhifəsində məlumat verib.

Xatırladaq ki, bazar ertəsi günü Sankt-Peterburq metropoliteninin “Sennaya ploşad” və “Texnoloqiçeskiy institut” stansiyaları arasında hərəkət edən qatarda güclü partlayış törədilib. İlkin məlumata görə, partlayıcı qurğunu vaqonların birində terrorçu-kamikadze işə salıb. Terror nəticəsində 14 nəfər həlak olub, 50 nəfərə yaxın insan yaralanıb.

Hüquq mühafizə orqanları terror aktının mümkün icraçısının Qırğızıstan sakini, 1995-ci il təvəllüdlü Rusiya vətəndaşı Akbarjon Cəlilov olduğunu bildirirlər. Hadisə ilə bağlı təhqiqat davam edir.