XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

05 Aprel 2017 - 14:00

İranda zəlzələ nəticəsində2 nəfər ölüb, 11 nəfər yaralanıb

İranın Xorasan-Rəzəvi əyalətində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 2 nəfərə, yaralananların sayı isə 11-ə çatıb.  

"Report" İran KİV-inə istinadən xəbər verir ki, ölü və yaralı sayının artacağı istisna edilmir.

Məlumata görə, Məşhəd şəhərinə bağlı kəndlərin bəzilərinin 80 faizi, Sərəxs rayonunun Kələtə Mənar, Kələtə Hacı Kar, Xarəzar və Çaharməzar kəndlərinin ya bir hissəsi, ya da hamısı dağılıb.

İran Qızıl Aypara Cəmiyyətinin Xorasan Rəzəvi üzrə nümayəndəsi Müctəba Əhmədi bildirib ki, Sefidsəng, Sərəxs, Türbətcam, Fəriman və Məşhədə xilasedici dəstələr göndərilib.