XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

05 Aprel 2017 - 15:43

ABŞ, Britaniya və Fransa Əsədə qarşı qətnaməni BMT-yə təqdim etdi –Təhlükəsizlik Şurası çağrılır

ABŞ, Britaniya və Fransa BMT-nin Təhlükəsizlik Şurasına Suriya ilə bağlı qətnamə layihəsini təqdim edib.

Strateq.az bildirir ki, bu layihə Suriyanın İdlib vilayətində kimyəvi silah tətbiq etməsi ilə bağlıdır.

3 ölkə bununla bağlı məsuliyyəti Bəşər Əsədin üzərinə qoyub. Layihə elə bu gün səsverməyə çıxarıla bilər. Rusiya və Çinin sənədlə bağlı reaksiyası hələlik bəlli deyil.

Rusiya Müdafiə Nazirliyi isə bəyan edib ki, Suriya aviasiyası terrorçuların kimyəvi silah olan sursat anbarını bombalayıb. Sürsatlar ora İraq ərazisindən gətirilib.