XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

05 Aprel 2017 - 20:56

İsveçdə “Uğursuzluqlar muzeyi”açılacaq

İsveçin Helsinqborq şəhərində “Uğursuzluqlar muzeyi” açılacaq.

Trend-in məlumatına görə, iyunun 7-i işə düşəcək muzeydə müxtəlif şirkətlərin istehlakçılar arasında populyarlıq qazanmayan məhsulları nümayiş etdiriləcək.

Eksponatlardan biri “Twitter Peek” qadceti olacaq. Bu avadanlıq "Twitter" mikrobloqlarını daha rahat oxumaq üçün yaradılsa da, smartfonlarla rəqabətə tab gətirə bilməyib.

“BIG” qələm istehsalı şirkətinin qadınlar üçün xüsusi olaraq istehsal etdiyi qələmlər də uğursuz əşyalar arasında yer alıb.

Bundan başqa, muzeydə “Harley Davidson”un istehlakçıların marağına səbəb olmamış ətirləri də sərgilənəcək.