XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

06 Aprel 2017 - 10:47

Rusiya Qvardiyasına hücum edildi:4 yaralı, 4 ölü -VİDEO


Həştərxanda iki polisi güllələyərək qətlə yetirən 4 şübhəli məhv edilib.

Bu haqda Rusiya Milli Qvardiyasının Həştərxan vilayəti üzrə idarəsi məlumat yayıb. Bildirilir ki, şübhəlilərdən biri Rusiya Qvardiyasının məntəqəsinə hücum zamanı öldürülüb, digəri aldığı güllə yarasından ölüb, qalan ikisi isə mühasirəyə alınıb və zərərsizləşdirilib.

Həştərxan qubernatoru Aleksandr Jilkin isə olayla bağlı iki nəfərin də tutulduğunu az öncə Tvitter səhifəsində yazıb.

Rusiya Milli Qvardiyasının məntəqəsinə hücum gecə həyata keçirilib. Qvardiyanın 3 əsgəri yaralanıb və Balaşixa xəstəxanasına yerləşdirilib. Ağır yaralanan bir polis isə Həştərxana aparılıb.

Xatırladaq ki, aprelin 4-də bu silahlılar iki yol polisini qətlə yetirmişdi. (Axar.az)