XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

06 Aprel 2017 - 11:41

Tramp bəyanat verdi:“Suriyadakı kimyəvi hücum qırmızı xətdən də o yana keçib”

“Suriyada onlarla mülki vətəndaşın, o cümlədən uşaqların ölümünə səbəb olan hücum “mənim üçün çoxlu xətləri keçib”.

Strateq.az “Amerikanın səsi”nə istinadən bildirir ki, bu sözləri ABŞ  prezidenti Donald Tramp bəyan edib. ABŞ lideri əlavə edib ki, sələfənin həll edə bilmədiyi problem üçün məsuliyyəti indi özü daşıyır: “Sən günahsız uşaqları, məsum körpələri – körpələri! – balaca körpələri öldürəndə, bu çoxlu xətləri keçir,”-deyə prezident Tramp bəyan edib: “Qırmızı xətdən xeyli uzağa, çoxlu, çoxlu xətləri.”

O, çərşənbə axşamı Suriya qüvvələrinin törətdiyi güman edilən kimyəvi silah hücumunun onun münaqişəyə münasibətini dəyişdiyinə eyham vurub:“Mən özümü situasiyaya uyğunlaşa bilən adam hesab edirəm,” – deyə Tramp Qızılgül Bağında İordaniya kralı II Abdulla ilə birgə keçirdiyi mətbuat konfrasında bildirib.

Hücum baş verən gün verdiyi bəyanatda Prezident Tramp sələfi Barak Obamanı Suriya problemini həll etməməkdə qınamış, onu “zəiflik və qətiyyətsizlik” nümayiş etdirməkdə ittiham etmişdi.

Suriyada çərşənbə axşamı baş vermiş zəhərli qaz hücumu, eləcə də İsrail-Fələstin sülh danışıqları Tramp və Kral Abdulla arasında müzakirələrin diqqət mərkəzində olub.