XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Aprel 2017 - 12:07

Mahmud Əhmədinejad qərarını açıqladı:“Prezidentliyə namizəd olmayacağam”

Sabiq İran prezidenti Mahmud Əhmədinejad prezident seçkilərində namizəd olacağı barədə iddialara cavab verib.

Əhmədinejad bu barədə mətbuat konfransı keçirib və bildirib ki, seçkilərdə namizədliyini irəli sürməyəcək. Mahmud bu seçkilərdə keçmiş köməkçisi Hamid Bakayı dəstəkləyəcəyini bildirib.

Əhmədinejad deyib: "Qərar millətindir və mən Bakayinin mütləq yüksək səs toplayacağını düşünürəm".

Sabiq İran prezidenti qeyd edib ki, Bakayinin namizədliyi təsdiqlənməsə, başqa planları olacaq və siyasi fəaliyyətinə davam edəcək.