XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

06 Aprel 2017 - 12:50

Peterburqakı yaşayış evlərinin birində partlayıcı qurğu tapıldı

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayış evlərinin birində partlayıcı qurğu tapılıb.

 TASS-ın verdiyi məlumata görə, Nevskiy rayonunda tapılan partlayıcı qurğu zərərləşdirilib.  Partlayıcı qurğunu zərərləşdirmək üçün yaxınlıqdakı yaşayış binasının sakinləri təxliyə edilib. Onlar uşaq bağçaların birinin idman zalına yerləşdirilib.

 Şübhəli əşyanı mənzillərin birində Federal Təhlükəlilik Xidmətinin əməkdaşları aşkar edib. Binadan əlləri qandallanaraq üç nəfərin çıxarıldığı bildirilir.  Nevskiy rayon administrasiyasının rəhbəri Konstantin Serovun sözlərinə görə, artıq sakinlər mənzillərinə qayıda bilər.

 Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosunda törədilən partlayış nəticəsində 14 nəfər ölüb, 55 nəfər xəstəxanalara yerləşdirilib.