XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Aprel 2017 - 13:46

Ruslar Putinə etimad edirmi? –Rəy sorğusunun nəticələri açıqlandı

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi əhalinin siyasətçilərə münasibətini araşdırıb. 

Etimad reytinqi cədvəlinə prezident Vladimir Putin (49,6%) başçılıq edir. İlk üçlükdə sonrakı yerlərdə baş nazir Dmitri Medvedyev (17,6%) və müdafiə naziri Sergey Şoyqu (17,3%) dayanır.

Tədqiqat göstərib ki, martın 27-dən aprelin 2-nə olan dövrdə prezidentin fəaliyyətini əhalinin 82,7%-i bəyənib. Həmin dövr üçün baş nazirin işindən respondentlərin 54,8%-i, hökumətin işindən 61,5%-i məmnun olub.

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin bir həftə ərzində apardığı sorğuya hər gün 80 bölgədən 600 respondent qatılıb. Ümumilikdə 4200 respondentin rəyi öyrənilib.

Novator.az bildirir ki, Vladimir Putin 1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında işləyir. 1999-cu il avqustun 16-da baş nazir təyin olunub. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000-ci il martın 26-da prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb.

2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012-ci il martın 4-də yenidən prezident seçilib.