ABŞ danışqların yekunlarını tam optimal hesab etmir
İran və “altılıq” İranın nüvə proqramına görə əsas məsələlərdə konsensusa gəlib.
Strateq.az xarici mətbuata əsasən xəbər verir ki, tərəflər danışıqları daha bir gün uzadıb və bu gün yekun sənədin hazırlanmasına başlanacaq.
Rusiya xarici işlər naziri Lavrov qeyd edib ki, İran və “altılıq” bütün əsas aspektlər üzrə razılığa gəlib və bunlar sənəddə qeyd olunub gün ərzində elan ediləcək.
Lakin danışığın digər iştirakçıları ortadakı fikir ayrılıqlarına görə çox da nikbin deyillər.
Məlumata görə, ekspertlər iyunun sonuna qədər detallar üzərində işləyəcəklər. Qeyd olunur ki, uranın zənginləşdirilməsi də daxil olmaqla İranın dinc məqsədlə atom tədqiqatlarını davam etdirməsi hüququ saxlanır. Lakin bu proses MAQATE-nin ciddi nəzarəti altında həyata keçiriləcək.
İran xarici işlər naziri Zərif jurnalistlərə bildirib ki, danışıqların gedişində “məsələlərin əksəriyyəti üzrə mövqelər aydınlaşdırılıb” və sanksiyaların götürülməsi proseduru müəyyənləşib.
Qeyd edək ki, ABŞ danışqların yekunlarını tam optimal hesab etmir. Lozannadan gələn xəbərlər fonunda dünya bazarında neftin qiymətləri azalmağa başlayıb. İran üzərindən sanksiyaların götürülməsi bu ölkədən hər gün 1 milyon barrel neft ixracına səbəb olacaq.