XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

06 Aprel 2017 - 15:25

Avropa Parlamenti Ukrayna ilə viza rejimini ləğv etdi –QƏRAR

Avropa Parlamenti Ukrayna ilə viza rejiminin ləğv olunması ilə bağlı Avropa Komissiyasının təklifini dəstəkləyib.

UNİAN-ın verdiyi məlumata görə, Strasburqda keçirilən iclasda qərarın lehinə 521 nəfər, əleyhinə 75 nəfər səs verib, 36 parlamentar bitərəf qalıb.

Qərar Avropa İttifaqına üzv ölkələrin daimi nümayəndələrinin komitəsində təsdiqlənməlidir. Daha sonra isə Avropa İttifaqı Şurası qərarı təsdiq etməlidir. Sonda qanunverici aktın mətni Avropa Parlamentinin prezidenti və sədrlik edən ölkənin nümayəndəsi tərəfindən imzalanmalıdır. Qərar Aİ-nin rəsmi jurnalında dərc olunduqdan 20 gün sonra qüvvəyə minir.