XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

07 Aprel 2017 - 10:18

Rusiyanın Yaxın Şərq siyasətində kəskin dönüş:Qüdsün qərb hissəsi İsrailin paytaxt ərazisi kimi tanındı

Herb Keynon

"Jerusalem Post"

 

"Rusiya Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanıyır" – Rusiya Xarici İşlər Nazirliyi bunu "Jerusalem Post"a eksklüziv olaraq bildirib.

ABŞ prezidenti Donald Trampın administrasiyası öz səfirliyini Təl-Əvivdən Qərbi Qüdsə köçürməklə bağlı intizardadır. İndiki halda, dünyanın heç bir başqa ölkəsi Qüdsün hər hansı bir hissəsini İsrailin paytaxtı kimi tanımır.

Rusiya Xarici İşlər Nazirliyi tərəfindən verilmiş bəyanatda isə deyilir: "Biz Fələstin-İsrail münaqişəsinin həllinə dair BMT-nin təsdiq edilən prinsiplərinə sadiq qalaraq, Şərqi Qüdsün gələcək Fələstin dövlətinin paytaxtı statusunu bir daha təsdiq edirik. Eyni zamanda, biz bu çərçivədə Qərbi Qüdsü İsrailin paytaxtı kimi nəzərdən keçiririk".

Bu, Rusiya siyasətində kəskin dönüşdür. Çünki bu günə qədər Moskva rəsmi olaraq bildirirdi ki, Qüds daimi beynəlxalq rejim altında olmalıdır.

Bəyanat Rusiya XİN-in saytında (ingilis versiyası) dərc olunub.

Şərqi Qüds Fələstin dövlətinin paytaxtı olan kimi, Qərbi Qüds də İsrailin paytaxtı kimi tanınacaq. "Jerusalem Post"a verilən məlumata görə, Moskva bu tanınmanın dərhal qüvvəyə minməsində qərarlıdır.

Rusiyanın İsraildəki səfiri yaxın günlərdə Xarici İşlər Nazirliyi rəsmiləri ilə görüşəcək və Moskvanın qərarını və onun nəticələrini müzakirə edəcək. Lakin hazırda Rusiyanın öz səfirliyinin Qüdsə köçürülməsi niyyəti yoxdur.

"Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı Xarici İşlər Nazirliyinin bəyanatı" başlıqlı sənəddə deyilir ki, Moskva "Fələstin-İsrail münaqişəsində vəziyyətlə bağlı dərin narahatlıq keçirir. Fələstin və İsrail rəsmiləri təxminən üç ildir ki, siyasi danışıqlar aparmır və yerlərdə vəziyyət pisləşir". 

Bəyanatda qeyd olunur ki, "Yaxın Şərq sülh prosesinin pozulması iki dövlətin – İsrail və Fələstinin bir-biri və öz qonşuları ilə sülh və təhlükəsizlik şəraitində yaşaya biləcəyi Fələstin probleminin beynəlxalq məqbul həlli üçün potensiala birtərəfli qaydada maneə yaradır".

Moskva "ikidövlətli həll" seçənəcəyinə dəstəyini bir daha təsdiqləyib. O bunu "hər ikisi Rusiyaya dostluq münasibəti bəsləyən Fələstin və İsrail xalqının milli maraqlarına cavab verən optimal seçim hesab edir".

Sənəddə deyilir ki, "ikidövlətli həll həm də regiondakı bütün digər ölkələrin maraqlarına cavab verir və beynəlxalq ictimaiyyət tərəfindən bütünlüklə dəstəklənir".

Bəyanatda bir daha qeyd olunur ki, "Qüds də daxil olmaqla, Fələstin ərazilərinin statusu ilə bağlı məsələlərin bütün spektri üzrə həlllin konkret parametrləri tərəflər arasında birbaşa danışıqlarda koordinasiya edilməlidir. Sülh prosesinin sponsorlarından biri, BMT Təhlükəsizlik Şurasının daimi üzvü beynəlxalq vasitəçilərin, "Yaxın Şərq dördlüyü"nün fəal üzvü kimi, kimi öz imkanlarını istifadə edərək, Rusiya İsrail-Fələstin razılaşmalarInın əldə edilməsinə yardımı davam etdirəcək".

Sənəddə ayrıca Moskvanın öz diqqətini "bütün möminlər üçün Qüdsün müqəddəs yerlərinə sərbəst girişi təmin edilməsinə yönəldəcəyi" deyilir.

İsrailin Xarici İşlər Nazirliyi Rusiya bəyanatına dərhal münasibət bildirməyib.

Bir diplomatik mənbə deyib ki, bu, Suriyada kimyəvi hücumdan sonra prezident Bəşər Əsədi himayə edən Rusiyanın tənqidi ilə bağlı ola bilər. Eyni zamanda, rəsmi bildirib ki, Rusiya XİN-in bəyanatı Moskvanın İsrail-Fələstin diplomatik prosesini yenidən canlandırmaq üçün, yəqin ki, ABŞ-ın səylərinə cavab ola bilər və Rusiya bu prosesdə aktiv rol oynamaq istəyir.

 

Tərcümə: Strateq.az