XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 April 2015 - 07:22

Türk zabitləri bəraət aldılar

Türkiyə məhkəməsi dövlət çevrilişi hazırlamaqda ittiham olunan 236 nəfəri günahsız elan etdi

Картинки по запросу ergenekon davasi

Türkiyədə məhkəməsi 2003-cü ildə baş nazir Ərdoğana qarşı hazırlanan sui-qəsdə aidiyyətdə ittiham olunan 236 hərbçiyə bəraət verib.

Strateq.az Türkiyə KİV-nə isnadən bildirir ki, məhkəmənin qərarı ittiham tərəfinin təqdim edilən dəlillərin yetərli olmadığını bildirdikdən sonra qəbul edilib.

Bu zabitlər 2012-ci ildə təqsirli hesab edilmişdi. Lakin sonradan Anayasa məhkəməsinin qərarı ilə məhkəmə
işi yenidən baxılmağa göndərilmişdi.

Hökumətin versiyasına görə, “Gupban” kod adlı plan silsilə fitnələr vasitəsilə ölkədə durumu qarışdırmaqdan ibarət idi. Guya adamların çox toplaşdığı bir neçə yerdə partlayış təşkil olunacaq, sonra isə hərbçilər yaranmış hərc-mərclikdən istifadə edib hakimiyyəti ələ keçirəcəkdilər.

İttiham olunanlar isə bunu uydurma adlandırıb Türkiyənin müxalif qüvvələrini nüfuzdan salmağa yönəlik kampaniya kmi dəyərləndirirlər.