XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

08 Aprel 2017 - 00:18

Pentaqon açıqladı:"Suriyada 20 təyyarəni məhv etdik"

ABŞ qırıcılarının Xüms şəhərində Şayrat avibazasına endirdiyi hava zərbələri nəticəsində 20-yə yaxın qırıcı məhv edilib.

Bu barədə Pentaqonun adı açıqlanmayan nümayəndəsi məlumat verib.

O, ölən və yaralananlarla bağlı informasiyaya malik olmadığını bildirib.

Nümayəndə Rusiya Müdafiə Nazirliyinin açıqlamasından fərqli olaraq, ABŞ-ın atdığı bütün raketlərin hədəfləri uğurla məhv etdiyini qeyd edib:

“Əməliyyatda iki gəmi iştirak edib: "Porter" və "Ross". Bu iki gəmi 59 raket atdı. Hər bir raketin hədəfi vurduğuna dair məlumatımız var. Bir neft sahəsini vurduğumuzu bilirik. Digər yerdə havadan müdafiə sistemini məhv etdik”.

Qeyd edək ki, bundan öncə məhv edilən bazadan fotolar yayılmışdı.

Axar.az