XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 April 2017 - 03:25

ABŞ səfirliyinin hərbi attaşesiRusiya Müdafiə Nazirliyinə çağırılıb

ABŞ səfirliyinin hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

“Bu axşam ABŞ-ın hərbi attaşesi Rusiya Müdafiə nazirliyinə çağırılıb. ABŞ tərəfinə bildirilib ki, Rusiya aprelin 8-dən etibarən iki ölkə arasında Anlaşma Memorandumu çərçivəsində öhdəliklərini dayandırır”, – deyə İ.Konaşenkov qeyd edib.

Rusiya Müdafiə Nazirliyi həmçinin Pentaqonu Suriyada hava insidentlərinin qarşısının alınmasına dair qaynar xətt kanallarının işinin dayandırılması barədə məlumatlandırıb.