XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

08 Aprel 2017 - 10:16

Çin ABŞ-a İpək Yolu layihəsində iştirak etməyitəklif edib

Çin “Bir kəmər – bir yol” layihəsi çərçivəsində ABŞ ilə əməkdaşlığı alqışlayır.

Azərtac Çinin Xarici İşlər Nazirliyinin yaydığı bəyanata istinadla xəbər verir ki, bununla bağlı fikir Çin Xalq Respublikasının sədri Si Tszinpinin açıqlamasında yer alıb. Çin və ABŞ dövlət rəhbərlərinin 6-7 apreldə Floridada keçirilən görüşlərindən sonra Si Tszinpin iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi üçün yaxşı perspektivlərin mövcudluğunu və hər iki tərəfin bu şansdan istifadə etməli olduğunu bildirib. Eyni zamanda Çin dövlət rəhbəri humanitar, təhsil, turizm, mədəniyyət, idman sahələrində də əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

Çinin 2013-cü ildə elan etdiyi “Bir kəmər – bir yol” iqtisadi strategiyası Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönəlib. Strategiyaya İpək Yolunda iqtisadi əlaqə və dəniz İpək Yolu daxildir. Layihə Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa məhsul daşınması üçün dəhlizin yaradılmasını nəzərdə tutur.