XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 April 2017 - 11:03

Kuba ABŞ-ın Suriyayaraket zərbəsini pisləyib

Kubanın xarici işlər nazirinin müavini Roxelio Syerra ABŞ-ın Suriyanın aviabazasına hücumunu tənqid edib.

"Report" xəbər verir ki, o, Birləşmiş Ştatların bu addımla BMT nizamnaməsini pozduğunu bildirib.

"BMT-dən yan keçməklə həyata keçirilən bu qanunsuz güc aksiyası BMT nizamnaməsi, beynəlxalq hüquq və dövlət suverenliyinin ciddi və kobud şəkildə pozulması deməkdir. Bu, sözügedən ölkədə və ümumilikdə regionda münaqişəni daha da gərginləşdirir və onu danışıqlar yolu ilə nizamlanma prosesindən uzaqlaşdırır", – deyə "Granma" nəşri Siyerranın sözlərini sitat gətirib.