XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

08 Aprel 2017 - 11:55

Stokholmda bayraqlar endirildi

Stokholmda dövlət idarələri və təşkilatlar üzərində olan dövlət bayraqları ötən gün baş vermiş terror aktı zamanı həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq endirilib.

Trend-in məlumatına görə, bayraqların endirilməsi barədə qərar İsveçin digər regionlarında da qəbul edilib.

Hazırda insanlar insident baş vermiş əraziyə gül-çiçək gətirməkdə davam edirlər.

Xatırladaq ki, ötən gün İsveçin paytaxtı Stokholmda sürücü yük maşınını kütlənin üzərinə sürüb. Nəticədə 5 nəfər ölüb, xəsarət alanlar olub.

İsveç polisi və baş nazir hadisəni terror aktı adlandırıb.