XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

08 Aprel 2017 - 12:13

Tokio metropolitenində bir neçə dildə işləyən avtomat aparatlaristifadəyə verilib

Tokio metropoliteninin paytaxt hakimiyyətinin tabeliyində olan 30-dan çox stansiyasında biletlərin satışı üçün çoxdilli avtomat aparatlar istifadəyə verilib. Bu addım əcnəbi turistlərin sayının kəskin artması ilə əlaqədardır.

Yüksəkhəlli 32 dyümlük ekrana malik olan aparatlar yapon dilindən əlavə ingilis, Çin, koreya, fransız, ispan və tay dilləri ilə təmin olunub.

Yeni avtomatlar gediş haqqını göstərməklə yanaşı, getmək istədiyiniz stansiyayadək yolu, onun nömrəsini və həmin ərazidə yerləşən maraqlı yerlər barədə məlumatı özündə əks etdirir.

Hazırda həmin avtomatlardan Asakusa, Ropponqi stansiyaları ilə yanaşı, Tokio metropoliteninin daha 29 stansiyasında istifadə etmək olar(azərtac).