Myanmanın qərbində sərnişin gəmisi barjla toqquşub. Qəza nəticəsində azı 20 nəfər həlak olub, 9 nəfər itkin düşüb.
Azərtac xəbər verir ki, France Press agentliyinin yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, insident aprelin 8-nə keçən gecə Pateyn liman şəhəri yaxınlığında qeydə alınıb. Ölənlərdən 16-sı qadın, 4-ü kişidir. Qəza zamanı gəmidə ümumilikdə 80 nəfərə qədər sərnişin olub. Onlar toy mərasimindən qayıdırmış.
Batan gəmidən təxminən 30 nəfər xilas ola bilib.
İtkin düşənlərin axtarışı davam edir.