XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 April 2017 - 13:39

Stokholm terrorçusuÖzbəkistan əsillidir

İsveç polisi hesab edir ki, cümə günü tutulan şəxs Stokholmda törədilən terror aktının icraçısıdır.

Azərtac xəbər verir ki, İsveç radiosunun bu gün səhər yaydığı məlumata görə, söhbət İŞİD terror qruplaşmasına rəğbət bəsləyən 39 yaşlı Özbəkistan əsilli şəxsdən gedir.

Xatırladaq ki, dünən Stokholm şəhərinin mərkəzində insanlara yük avtomobili ilə hücum edilib. Hadisə nəticəsində 4 nəfər həlak olub, 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hələlik hücumun məsuliyyətini heç bir terror qruplaşması üzərinə götürməyib.