XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

08 Aprel 2017 - 14:05

Türkiyə “MTA Oruç Reis” gəmisi ilə Aralıq dənizindəneft axtaracaq

Türkiyə “MTA Oruç Reis” gəmisi ilə Aralıq dənizində neft axtaracaq.

Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, axtarış gəmisi bu ay ərzində Aralıq dənizində həm 2 ölçülü, həm də 3 ölçülü seysmik kəşfiyyat işləri aparılacaq.

Uzunluğu 86 metr olan gəminin tutumu 5 min 178 ton, iqtisadi ömrü isə 30 ildir. Gəmi ilə həyata keçiriləcək 2 və 3 ölçülü seysmik tədqiqatlarla dənizin 20 min metrə qədər dərinliyi araşdırılacaq.

Gəmidəki su altında əməliyyat aparmaq funksiyası olan robot texnikası sistemi ilə 1500 metrə qədər istənilən dərinlikdə müşahidə aparmaq və nümunə almaq mümkün olacaq.