XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

08 Aprel 2017 - 14:30

DÇ-2018-in mükafat fondu400 milyon dollar olacaq

FİFA 2018-ci il futbol üzrə Dünya çempionatının keçirilməsi üçün 1,948 milyard dollar investisiya qoymağı planlaşdırır.

“Report”un məlumatına görə, bu barədə təşkilatın rəsmi saytında dərc olunmuş maliyyə hesabatında bildirilib.

Vəsaitin ən böyük hissəsi – 627 milyon dolları (32 %) oyunların təşkilinə sərf ediləcək. Turnirin mükafat fondu isə 400 milyon dollar (22 %) təşkil edəcək.

Teleyayım məsələlərinə 241 milyon (12 %), futbolçuları mundialda çıxış edəcək klublara 209 milyon (11 %), digər xərclər üçün isə 211 milyon dollar (11 %) vəsait ayrılacaq.

Qeyd edək ki, 2018-ci il Dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək.