XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

08 Aprel 2017 - 14:50

Rusiya Mərkəzi Bankı dolların 56 rubldanaşağı düşməsini dəstəkləmir

Rusiya Bankı (Mərkəzi Bank) dolların rəsmi məzənnəsini gələn həftənin bazar ertəsinə, aprelin 10-a 56,92 rubl səviyyəsində təsdiq edib.

"Report" xəbər verir ki, bununla da 56 RUB/USD səviyyəsindən aşağı düşmək istəyən məzənnə həftənin sonuna 2% bahalaşma göstərib. Rusiya Bankı valyuta bazarına intervensiya edərək dolların həddindən artıq ucuzlaşmasının qarşısını alıb. 

Qeyd edək ki, Rusiya Bankı aprel ayında valyuta bazarından 70 mlrd. rubl və ya 1,27 mlrd. ABŞ dolları həcmində alış həyata keçirəcəyini bildirib. Xatırladaq ki, Bankın qərarı neft qiymətlərinin yüksəlməsi fonunda baş verib. Bu da onu göstərir ki, Mərkəzi Bank dolların məzənnəsinin minimal həddinin 56 rubl olmasını qərarlaşdırıb.

Aprelin 6-da Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin neftin cari qiymət səviyyəsində dolların yaxın zamanda 63-64 rubla yüksələ biləcəyini, ilin sonunda isə 68 rubl ola biləcəyini qeyd edib. Bu da dolların cari səviyyədən 20%-dək bahalaşması deməkdir.
Qeyd edək ki, cümə günü, aprelin 7-də keçirilən birja hərracı 57,25 RUB/USD məzənnə səviyyəsində qapanıb.