XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

08 Aprel 2017 - 15:46

Rəsmi Pekin dron-kuryerlər üçün 150 aeroport tikiləcək –Çin mediası

Çində yükdaşıma şirkətləri poçt xidməti göstərən pilotsuz uçuş aparatları (dron-kuryer) üçün 150 aeroport inşa edəcək. Bundan başqa, Şensi vilayətində yükü 300 kilometr məsafəyədək daşıyacaq dronlar üçün aviabaza da tikiləcək.

Cari ilin fevralında Çinin internet üzərindən ticarət edən “JD.com” şirkəti elan etmişdi ki, dünyada ilk dəfə dron-kuryerlər üçün logistika şəbəkəsini istifadəyə verəcək. Şirkətin mütəxəssisləri hesab edirlər ki, dron-kuryerlərdən istifadə sifarişlərin çatdırılması üçün nəqliyyat xərclərini 70 faiz azaltmağa imkan verəcək. Bundan başqa, sifarişlərin sutka ərzində Çin daxilində istənilən məntəqəyə çatdırılmasına imkan verəcək.

Çin KİV-ləri yazır ki, dron-kuryer istehsalçıları hazırda istifadədə olan uçuş aparatlarının 50 kiloqramadək yükü daşımaq gücündə olduğunu bəyan edirlər. Gələcəkdə yarım ton ağırlığında yükü daşıyacaq dronların istehsalı planlaşdırılır. Artıq may ayından “JD.com” şirkəti 7 istiqamət üzrə dron-kuryerlər vasitəsilə yüklərin çatdırılmasına başlayacaq(azərtac).