ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri Suriyanın Raqqa şəhərinə aviasiya zərbələri endiriblər.
Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, zərbələr nəticəsində ən azı 10 dinc sakin həlak olub.
Hava əməliyyatlarının İŞİD-ə qarşı vuruşan "Suriya Demokratik Qüvvələri"nə dəstək məqsədilə aparıldığı bildirilir.