“Standard & Poor's” Beynəlxalq Reytinq Agentliyi iki ölkənin kredit reytinqini təsdiqləyib.
Azərtac xəbər verir ki, “Standard & Poor's” Fransanın kredit reytinqini “AA”, Səudiyyə Ərəbistanının reytinqini isə “A-” səviyyəsində saxlayıb. Beynəlxalq Reytinq Agentliyi Fransa və Səudiyyə Ərəbistanının kredit reytinqi üzrə proqnozunu isə “stabil” səviyyəsində təyin edib.