XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

08 Aprel 2017 - 19:09

“Google” hədiyyəlik qablaşdırmadaöz içkisini buraxıb

"Google" şirkətinin Varşava bölməsi Polşanın "Redkroft" dizayn studiyası ilə birgə hədiyyəlik qablaşdırmada öz içkisini buraxıb.

AZƏRTAC "lenta.ru"ya istinadla xəbər verir ki, içki məhdud saydadır və yalnız xüsusi hallar üçün nəzərdə tutulub.

Şirkətin saytında bildirilir ki, bu hədiyyənin hazırlanması ideyası "Google"nin Varşavadakı kampusunun tarixi ilə bağlıdır. Onilliklər boyu bura "Koneser" içki zavodunun binası olub, hazırda isə şirkətin qərargahı yerləşir.

Qeyd edək ki, "Google" 2015-ci ildə "Koneser" zavodunun binasında innovasiya araşdırmaları mərkəzi açıb. Bu, şirkətin 6-cı kampusudur. İlk kampus 2012-ci ildə Londonda açılıb, həmçinin bu cür ofislər Madrid, San-Paulu, Seul və Təl-Əvivdə də var.