XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

08 Aprel 2017 - 19:26

Ərdoğan İstanbulda keçirilən mitinqdəiştirak edib

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul şəhərində keçirilən 16 aprel ölkə Konstitusiyasına dəyişikliklər üzrə referenduma dəstək mitinqində iştirak edib.

"Report"un Türkiyə bürosu xəbər verir ki, izdihamlı aksiyada on minlərlə insan iştirak edib.

Dövlət başçısı Konstitusiyaya dəyişikliklər üzrə referendumun əhəmiyyətindən, səsvermələrin xalqa gələcək faydasından danışıb.

FETÖ-nün ötən il, iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdindən bəhs edən Ərdoğan xalqın istiqlalına və gələcəyinə sahib çıxdığını vurğulayıb. Ölkə rəhbəri qeyd edib ki, xalq həmin gecə sarsılmaz birliyini nümayiş etdirib. 

Türkiyə prezidenti çıxışında CHP lideri Kamal Kılıcdaroğlunun fəaliyyətinə də toxunub. O, CHP liderinin aprelin 16-da keçiriləcək referendumdan sonra vəzifəsindən istefa verəcəyinə inandığını bildirib.