XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 April 2017 - 13:35

Trampdan əmr:"Vinson" Koreya sularına girir

ABŞ Sakit Okean Qüvvələri Komandanlığı (PAKOM) "Karl Vinson" təyyarə daşıyan gəmi ilə bağlı əmr verib.

Avstraliya sularında səfərdə olan gəmi heyətinə oranı tərk edərək, Koreya sularına daxil olmaq əmr edilib.

Məsələ ilə bağlı PAKOM-u sözçüsü Deyv Benham açıqlamasında bölgədə maraqlarını qorumaq üçün bu addımı atdıqlarını bildirib.

O qeyd edib ki, regiondakı bir nömrəli təhdid məsuliyyətsizliyə, qeyri-sabitliyə yol açan raket sınaqları edən və nüvə silahı əldə etmək istiqamətində çalışan Şimali Koreyadır. (Axar.az)