XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

01 Aprel 2015 - 08:56

AKP binasına silahlı hücum – Türkiyədə daha bir terror aksiyası

AKP binasına silahlı hücum - Türkiyədə daha bir terror aksiyası

Türkiyədə iki nəfər silahlı şəxs hakim Ədalət və inkişaf Partiyasının (AKP) qərargahına girib.

Musavat.com-un məlumatına görə, Kartal rayonunda yerləşən partiya qərargahının qarşısındakı yol polislər tərəfindən bağlanılıb.
Silahlılar binaya girdikdən sonra binanın içindən silah səslərinin eşidildiyi bildirilib.
Binaya daxil olanların pəncərə önündə dayanıb aşağı baxdıqları və Türkiyənin dövlət bayrağını açıb salladıqları görünür.
Hadisə yerinə çevik polis qüvvələri və təcili yardım maşınları cəlb olunub.
Polis ərazidə təhlükəsizlik tədbirləri görür.