XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

09 Aprel 2017 - 21:49

ABŞ-dan ziddiyyətli açıqlama:"Prosesə Əsəd də qatılmalıdır"

Suriyada siyasi həll prosesinə prezident Bəşər Əsəd də qatılmalıdır.

Bu sözləri ABŞ Dövlət katibi Reks Tillerson deyib.

“Prioritetimiz İŞİD-in məğlub edilməsidir. Terrorçuları məğlub edərək, həm ABŞ-ı, həm də regionu sülhə qovuşdurmağa cəhd göstəririk. Daxili savaşın qarşısının alınması üçün münaqişə tərəflərinin bir masaya əyləşəcəyini ümid edirik”, – ABŞ rəsmisi bildirib.

O, Suriyada təhlükəsiz bölgələrin də yaradılmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, ABŞ diplomatları açıqlamalarında Əsədin siyasi həll prosesində iştirakının mümkünsüzlüyünü ifadə edirlər. (Axar.az)