XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

09 Aprel 2017 - 22:48

Əfqanıstan ordusu əməliyyat keçirdi –"Taliban"ın 19 silahlısı öldürüldü

Əfqanıstan ordusunun Gündüz əyalətində həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində “Taliban” hərəkatının 18 silahlısı öldürülüb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Əfqanıstan ordusu  məlumat yayıb.

Öldürülən silahlılar arasında “Taliban”ın  nüfuzlu komandirlərindən biri Vahidullanın olduğu bildirilir.

Qeyd edək ki, son bir neçə ay ərzində Əfqanıstanda vəziyyət gərginləşib. "Taliban" və İŞİD silahlılarının fəallığı daha da artıb. Ölkənin bir çox əyalətlərində “Taliban” hərəkatının səhra komandirləri və sıravi döyüşçüləri "sədaqət andı" içərək İŞİD-lə birləşir.