Türkiyə Silahlı Qüvvələri 2015-ci ilin iyul ayından bəri 10 min 91 PKK terrorçusunu zərərsizləşdirib.
Bu barədə Türkiyənin milli müdafiə naziri Fikri Işıq məlumat verib.
Anadolu agentliyi xəbər verir ki, nazirin sözlərinə görə, zərərsizləşdirilən silahlılardan 7071-i məhv edilib, 1020-si yaralanıb, 963-ü həbs olunub, 1037-si isə silahını yerə qoyaraq təhlükəsizlik qüvvələrinə təslim olub.
Qeyd edək ki, Türkiyədə 2015-ci ilin iyulunda PKK terror təşkilatı ilə silahlı toqquşmalar yenidən qızışıb. Həmin vaxtdan indiyədək terrorçuların hücumları nəticəsində 900-ə yaxın hərbçi və polis, həmçinin 300-dən çox dinc sakin həlak olub.