XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

10 Aprel 2017 - 20:08

Ter-Petrosyan erməniləri “qul” adlandırdı:“Ermənistanda orta sinif məhv edilib”

Ermənistanın birinci prezidenti, "Erməni Milli Konqresi" (EMK) müxalifət partiyasının lideri Levon Ter-Petrosyan erməni KİV-ində dərc edilmiş məqaləsində "həyəcanlı və təhlükəli seçkisonrası əhval-ruhiyyə” mövzusuna toxunub və erməni xalqını "qul" adlandırıb.

EMK lideri, hansı ki, Ermənistan Xalq Partiyası ilə blokda 2 aprel seçkilərində parlamentə keçmək üçün yetərli miqdarda səs yığa bilməyib, bildirib ki, səsvermənin nəticəsinə ən böyük təsiri seçicilərin pulla alınması göstərib.

Ter-Petrosyan eyni zamanda vurğulayıb ki, bu hadisədə kasıblaşmış xalq yox, hakimiyyət günahkardır. EMK lideri hesab edir ki, Ermənistanda orta sinif məhv edilib. Onun sözlərinə görə, halbuki seçkilərin nəticəsini öz səsləri ilə məhz o müəyyən etməlidir.

Ter-Petrosyan öz məqaləsində Dağlıq Qarabağ münaqişəsi mövzusuna da toxunub və bir daha vurğulayıb ki, hazırda danışıqlar masası üzərində olan həll qərarından yaxşı qərar olmayacaq.

Ter-Petrosyanı həm də o narahat edir ki, erməni KİV-ində və sosial şəbəkələrdə bəziləri Ermənistan və Dağlıq Qarabağın separatçı rejimi arasına pazlar vurmağa çalışırlar: "Bu, Ermənistan və Dağlıq Qarabağ erməniləri arasında düşmənçiliyin qızışdırılmasına yönəldilib. Bu qəbuledilməzdir. Mərhumiyyətlər, hansılara ki, ermənilər Qarabağdakı müharibəyə görə dözürdülər, qarabağlıların qınanılması üçün əsas deyil". (Virtualaz.org)