XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

11 Aprel 2017 - 10:47

Pentaqon rəhbəri:"Suriya hərbi təyyarələrinin 20 faizinə ziyan vurulub"

“Şayrat” aviabazasına endirilən raket zərbələri Suriya hərbi təyyarələrinin 20 faizinə ziyan vurub.

Bunu Pentaqon rəhbəri Ceyms Mettis bəyan edib.

“Zərbələr silah-sursat, yanacaq ehtiyatları, hava hücumundan müdafiə vasitələri və Suriya hərbi təyyarələrinin 20%-nin məhvi və yaxud zədələnməsi ilə nəticələnib. Bundan sonra Suriya hökuməti yenidən kimyəvi silaha əl atsa, çox ehtiyatsız hərəkət etmiş olacaq”, – deyə C.Mettis qeyd edib.

Xatırladaq ki, ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən Suriya ordusunun “Şayrat” aviabazasına zərbə endirilib. Ümumilikdə aviabazaya 59 ədəd "Tomahawk" raketi atılıb

APA