Rusiya prezidenti Vladimir Putin ABŞ-ın tərəfdaşlarını Suriyaya endirilən raket zərbəsini vəziyyəti təhlil etmədən dəstəklədiklərinə görə qınayıb.
Putin qeyd edib ki, Suriya ordusunun kimyəvi silahdan istifadə etməsini təsdiqləyən heç bir dəlil yoxdur, beynəlxalq hüququn pozulması isə var.
“NATO üzrə tərəfdaşlar necə reaksiya verdilər? Hamı dərhal vəziyyəti təhlil etmədən ABŞ-ı dəstəklədi. Suriya ordusunun kimyəvi silahdan istifadə etməsini təsdiqləyən faktlar hanı? Yoxdur. Beynəlxalq hüququn pozulması isə var. Fakt budur”, – deyə Putin “Mir 24” telekanalına müsahibəsində bildirib. (APA)