XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 April 2017 - 13:07

Almaniya Aİ-ni qınadı,Türkiyə, Livan və İordaniyanı təriflədi

Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel bildirib ki, Avropa Livan, Türkiyə və İordaniyanın Suriyaya göstərdiyi köməklə müqayisədə onun Suriyaya lazımınca kömək etməməsinə görə xəcalət çəkməlidir. “Avropanın qaçqınların qəbulu üzrə hazırlıq səviyyəsinə baxanda mənə elə gəlir ki, biz bu ölkələrə təşəkkür etməli və özümüzə görə xəcalət çəkməliyik”.

Əhalisi 4 milyon olan Livan 1 milyon suriyalı qaçqına sığınacaq verib. Əhalisi 6 milyon olan İordaniya 2,8 milyon qaçqın saxlayır ki, onlardan 1,3 milyonu suriyalıdır. “Əgər Avropa 200 milyon qaçqın saxlamış olsaydı, bu nisbət ona bərabər olardı. Halbuki Avropada ÜDM İordaniyadan 500 faiz çoxdur”, – deyə İordaniyanın Baş naziri Hani Al-Muki bu yaxınlarda söyləyib.

Türkiyə isə üç milyon qaçqına sığınacaq verib.

Bu baxımdan 800 min suriyalının sığınacaq barədə müraciətinə avropalıların ah-zar etməsi, xüsusilə Suriya fəlakətinin xarici amilləri nəzərə alınarsa, eyib hesab edilir.

Bu bəyanatı Ziqmar Qabriel Suriyaya kömək barədə Brüssel konfransından sonra verib. Konfransda suriyalıların ehtiyacı üçün 5,5 milyard avro toplamaq qərara alınıb. “Bir istisna var: biz siyasi hakimiyyətin dəyişməsinin başlanğıcını görmədikcə, bu məbləğdən bir sent belə dağıdılmış ölkənin bərpasına sərf olunmayacaq”, – deyə nazir əlavə edib(azərtac).